Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dələduz general G7 ölkələrindən siyasi sığınacaq istəyib

Zelenskinin anti-qəhrəman adlandırdığı general G7 ölkələrindən birində siyasi sığınacaq istəyib...

Poliqon xəbər verir ki, Naumov BBC-nin Ukrayna xidmətinə müsahibəsində bu barədə danışıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Andrey Naumov G7 ölkələrindən birindən siyasi sığınacaq istəyib. Qeyd edək ki, 2023-cü ilin dekabrında Naumov çirkli pulların yuyulmasına görə cəza çəkdiyi Serbiya həbsxanasından azad edilib. General Ukraynada dələduzluq və sui-istifadə ittihamı ilə axtarışa verilib.

Naumov bildirib ki, gələcəkdə Ukraynaya qayıtmaq istəyir, ancaq bunu ölkəsində onu "ədalətli məhkəmə" gözlədiyi zaman edəcək. O, həm Serbiya məhkəməsinin qərarı, həm də Ukrayna hadisələri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Naumov Ukraynada ona qarşı irəli sürülən cinayətlərdə təqsirini boynuna almayıb, onları nüfuzdan salmaq və qisas almaq hesab edir.

Serbiya məhkəməsi keçmiş generalın Ukraynaya ekstradisiyasından imtina edib. O, Serbiyanı tərk edə bilməz, çünki apellyasiya prosesi başa çatana qədər sənədləri müsadirə olunub.

"Ukrayinska Pravda" yazıb ki, Naumov Rusiya qoşunlarının daxil olmasına bir neçə saat qalmış Ukraynanı tərk edib. Serbiyada o, 2022-ci ilin yayında bəyan edilməmiş nağd pulla - təxminən 600 min avro və 120 min dollarla saxlanılıb.

Ukrayna prezidenti Volodimir Zelenski Naumovu "anti-qəhrəman" adlandıraraq general rütbəsindən məhrum edib. Keçmiş general vətənində dələduzluq və sui-istifadədə şübhəli bilinməsi ilə yanaşı, dövlətə xəyanətdə ittiham olunur. Lakin bununla bağlı heç bir şübhə yaranmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar